General: Ukraynaya zərbələr üçün hədəfləri Putin şəxsən seçir...

General Malomuj hesab edir ki, Putin küncə sıxışdırılıb və ehtiyatsız davranmağa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna ordusunun generalı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz “FREEDOM” telekanalının efirində bildirib. General qeyd edib ki, Rusiya diktatoru Vladimir Putin Ukrayna şəhərlərinə aviazərbələr endirməklə müharibədəki uğursuzluqlarının qisasını alır.

Keçmiş kəşfiyyatçının dediyinə görə Putin Ukraynaya, xüsusən də Kiyevə yönələn hücumların hədəflərini şəxsən müəyyən edir.

“Diktator küncə sıxışdırılıb və ukraynalıları qorxutmaq və ölkəni danışıqlara məcbur etmək üçün ehtiyatsız davranmağa başlayıb”, deyə Malomuj vurğulayıb.

"Putinin bir xüsusiyyəti var. Bu, qisasdır. O, Ukraynada uğur qazana bilmədiyi üçün qisas almaq istəyir. Çünki bu günə qədər heç bir əməliyyat uğurlu nəticə verməyib. Bu vəziyyətdə Putin şəxsən hansı istiqamatdə zərbə endiriləcəyini, xüsusən də Kiyevə endirilən zərbələrin hədəflərini şəxsən müəyyənləşdirir”, deyə Ukrayna generalı bildirib.

Ukrayna generalı qeyd edib ki, ruslar artıq nə edəcəklərini bilmirlər.

“Lakin əvvəlki cəhdlər uğursuz olduğu kimi bu cəhlər də uğursuz olacaq”, deyə Malomuj vurğulayıb.

Poliqon.info