21 yaşlı qızın asılmış meyiti tapıldı

İntiharın səbəbləri məlum deyil...

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Kənd sakini, 21 yaşlı Samirə Cəfərova yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info