Kənan MM nazirliyə müraciət etdi: “Böyrəyimi satıram”

Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır...

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

O, öz sosial şəbəkə hesabında paylaşım edərək, mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.

“Hörmətli, mədəniyyət nazirliyi, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”, - deyə o bildirib.

Poliqon.info