Rusiya qırıcıları azərbaycanlıların sıx yaşadıqları şəhəri bombaladı - Video

Ukraynada müharibə davam edir...

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev 31 İran dronunun hücumuna məruz qalıb.

“Dronların 29-u Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”, - deyə jurnalist əlavə edib.Həmçinin qeyd edilib ki, ötən sutkada Donetsk və Xarkov vilayətlərində Rusiya ordusunun 50-yə qədər hücumunun qarşısı alınıb.

O da bildirilib ki, Donetsk vilayətində azərbaycanlıların sıx yaşadıqları Toretsk şəhəri üç Rusiya qırıcısı tərəfindən bombardmana məruz qalıb.

Ətraflı videonu təqdim edirik:

Poliqon.info