Baş nazir oğlunu işdən qovacaq

Yaponiyada Baş nazir Kişida Fumionun şəxsi katibi və böyük oğlu Kişida Şotaro rəsmi iqamətgahda təşkil etdiyi əyləncə məclisinə görə işdən çıxarılacaq...

Poliqon xəbər verir ki, Kişidanın iqamətgahda qohumları və əcnəbi qonaqlarla əyləndiyi anlar və qırmızı xalçalı pilləkənlərdə uzanmış bir nəfərin şəkili yerli mediada yayımlanıb.

Katibi və oğlu Kişidaya lazımi xəbərdarlıqları etdiyi bildirilən Yaponiya Baş naziri, məsələ ilə bağlı yeni qərar qəbul edib.

Baş nazir Kişida oğlunun rəsmi iqamətgahda davranışının onun katiblik titulu və ictimai məsuliyyətinə görə yersiz olduğunu vurğulayıb.

Öz oğlunu katib vəzifəsinə təyin etmək məsuliyyətini öz üzərinə götürdüyünü qeyd edən baş nazir, Kişida Şotaronun iyunun 1-də vəzifəsindən azad ediləcəyini açıqlayıb.

“Təyinatın məsuliyyəti əlbəttə ki, mənə aiddir və bunu ciddiyə alıram. Əzmlə irəliləyərək vəzifələrimi yerinə yetirmək istəyirəm”, deyə Baş nazir bildirib.

Poliqon.info