İran hipersəs ballistik raketini uğurlu sınaqdan keçirdiyini bəyan edib...

SEPAH generalı İran istehsalı olan hipersəs ballistik raketinin bütün sınaqlardan uğurla keçdiyini bildirib...

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə bazar ertəsi günü İran istehsalı olan hipersəs ballistik raketinin bütün sınaqlardan uğurla keçdiyini bildirib.

Poliqon xəbər verir ki. Bu barədə İranın “Təsnim” Agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki, Tehranda elmi heyətlə görüş zamanı SEPAH-ın briqada generalı Əmir Əli Hacızadə yerli hipersəs ballistik raketin bütün sınaqlardan keçdiyini və tezliklə təqdim olunacağını bildirib.

Generalın sözlərinə görə, raket düşmənin raket əleyhinə müdafiə sistemlərindən yayına bilir, Yer atmosferində və ondan kənarda manevr edə bilir. Raket 15,9 min km/saat sürətlə uçur.

Qeyd edək ki, ötən ilin noyabrında Əmir Əli Hacızadə iranlı mütəxəssislərin ilk yerli hipersəs raketinin hazırlanmasına nail olduqlarını bəyan etmişdi. Lakin o zaman Pentaqon İranın hipersəs silahları yaratmaqda uğur qazandığına şübhə ilə yanaşmışdı.

Poliqon.info