Kalın: “Ərdoğanın inaqurasiya mərasiminə xarici liderlər dəvət olunacaqlar”

Andiçmə mərasimi və Nazirlər Kabinetinin tərkibinin açıqlanması cümə günü baş tuta bilər...

Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın Türkiyə liderinin qarşıdan gələn andiçmə mərasiminə bir sıra xarici liderləri dəvət etmək planlarını açıqlayıb.

O qeyd edib ki, mərasimin keçiriləcəyi gün seçkilərin yekun nəticələrinin elan olunacağı tarixdən asılı olacaq.

“Bu, cümə axşamı və ya cümə günü baş verə bilər, dəqiq bilmirik. Andiçmə mərasimi və Nazirlər Kabinetinin tərkibinin açıqlanması cümə günü baş tuta bilər. Mərasimə xarici liderlər dəvət olunacaqlar”, - Kalın jurnalistlərə deyib.(A Haber)

Poliqon.info