Kiyev meri partlayışlar barədə xəbərdarlıq etdi: “Sığınacaqlarda qalın!” - Foto, Video

Kiyevdə mərkəzi bölgələrdə partlayışlar davam edir...

Bu barədə Kiyev meri Vitali Kliçko özünün şəxsi “Telegram” hesabında yazıb.

O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb:

“Şəhərin mərkəzi ərazilərində partlayışlar baş verir. Sığınacaqlarda qalın!”

Həmçinin Kiyev Hərbi Vilayət Administrasiyası şəhərə raket hücumlarının olduğu və hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü barədə məlumat verib.

Eyni zamanda Kiyev və bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı davam edir.

Qeyd edək ki, may ayının 29-da saat 11:00-dan sonra (Bakı vaxtı ilə 12:00) Kiyevdə və Ukraynanın Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib. Daha sonra şəhərdə partlayışlar baş verib.Şahidlər Kiyevin Julyanı hava limanı yaxınlığında azı 10 partlayışın olduğunu və tüstü baş qaldırdığını bildirirlər.

“Alerts.in.ua” hava xəbərdarlıq xəritəsinin məlumatına görə, Kiyev və ətraf bölgələr, Jitomir, Xmelnitski, Vinnisa, Çerkasksi, Kirovoqrad, Poltava, Xarkov, Zaporojye, Dnepropetrovsk, Çerniqov, Donetsk, Luqansk və digər şəhərlərin sakinləri üçün hava hücumu təhlükəsi var.

Kiyevin Podolski və Obolonski rayonlarında isə havada zərərsizləşdirilən raketlərin parçaları yolun hərəkət hissəsinə düşüb.

Poliqon.info