Rusiya ABŞ-ı Ukraynada bioloji silah hazırlamaqda ittiham edib

Rusiya Müdafiə Nazirliyi: ABŞ öz maraqlarına uyğun olaraq Ukrayna ərazisində bioloji silahlar hazırlayır...

Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı general-leytenant İqor Kirillov bildirib ki, ABŞ Ukraynada bioloji silahları təcrübədən keçirir.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin generalı brifinq zamanı bildirib.

Kirillovun sözlərinə görə, Pentaqon ABŞ-dan kənarda “geosiyasi düşmənlərin” sərhədləri boyunca yerləşən bioloji laboratoriyalarda quş qripi və Afrika vəbasını fəal şəkildə öyrənir.

“Bu, bir daha təsdiqləyir ki, ABŞ bioloji silah komponentlərini milli yurisdiksiyadan kənarda, o cümlədən Ukrayna ərazisində inkişaf etdirir”, deyə general bildirib.

Kirillov əlavə edib ki, ötən ilin oktyabrında ABŞ Bioloji Təhdidlərlə Mübarizə üzrə Milli Strategiyanı açıqlayıb.

Generalın fikrincə, bu strategiyanın köməyi ilə Amerika rəhbərliyi öz milli maraqlarına uyğun olaraq bioloji təhlükələrin qarşısının alınması, onlara reaksiya verilməsi və zərərsizləşdirilməsi üçün Vaşinqtonun nəzarətində olan arxitektura yaratmaq niyyətindədir.

Poliqon.info