Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib...

Yaponiya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilənm yeni siyahıya daha 17 nəfər və 78 təşkilat daxildir.

“Qara siyahı”ya düşən şəxslər arasında var:

- Televiziya aparıcısı Olqa Skabeeva;

- Hava-desant qoşunlarının komandanı Mixail Teplinski;

- Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakaev;

- Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi Nikolay Parşin:

- Raket və artilleriya qoşunlarının rəhbəri Mixail Matveevski”

- “Vaqner”in komandirlərindən biri Anton Elizarov;

- “Almaz-Antey” konserninin baş direktoru Yan Novikov.

Bundan başqa, “Sparta” batalyonunun komandiri Artem Joqa, eləcə də Sevastopol və 2022-ci ildə Rusiyaya birləşdirilməsinəd iştirak edən 6 məmura qarşı sanksiyalar tətbiq edilib. Yaponiya Xarici İşlər Nazirliyi onları ayrıca siyahıda dərc edib, çünki Krımın Rusiyaya daxil olmasını tanımır.

Sanksiyaya məruz qalan təşkilatlar arasında “QAZ Qrupu”, UEC-Saturn, “Rastr” Sənaye Televiziyaları Elmi-Tədqiqat İnstitutu Ryazan Metal-Keramika Alətləri Zavodu və Ural Mülki Aviasiya zavodu var.

Bundan əlavə, “Meqafon”, “Skolkovo” Fondu və “Skolkovo” Elm və Texnologiya İnstitutu, “Avtomatika” konserni, Mikroelektron Avadanlıqların Proqress Elmi-Tədqiqat İnstitutu və “Ak Bars” gəmiqayırma korporasiyası da daxil olmaqla 80 hüquqi şəxsə ixrac məhdudiyyətləri tətbiq edilib.

Qeyd edək ki, may ayında Yaponiyanın Xirosima şəhərində G7 liderlərinin sammiti keçirilib. “Böyük Yeddilər” Rusiyadan Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağı və Belarusda nüvə silahı yerləşdirmək planlarından əl çəkməyi tələb edən birgə bəyanat qəbul ediblər. G-7 liderləri Moskvaya qarşı sanksiyaları sərtləşdirməklə hədələyiblər. “Biz Rusiyanı G7 texnologiyasından, sənaye avadanlığından və onun döyüş maşınına dəstək verən xidmətlərdən məhrum edəcəyik”, deyə kommünikedə deyilir.

Poliqon.info