PKK-nın 44 ildə Türkiyəyə vurduğu ziyanın məbləği açıqlandı

PKK terror qruplaşması indiyədək Türkiyəyə 3 trilyon dollar maddi ziyan vurub...

Poliqon xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, sabiq baş nazir Binəli Yıldırım bildirib.

Binəli Yıldırım qeyd edib ki, PKK təxminən 40 illik terror fəaliyyəti ərzində Türkiyədə 40.000-dən çox mülki və təhlükəsizlik işçisinin ölümünə görə məsuliyyət daşıyır.

Qeyd edək ki, tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə yaradılıb. Təşkilatın qurucusu Abdullah Öcalan 1999-cu ildən həbsdədir. Hazırda terror qruplaşmasına Murat Karayılan başçılıq edir.

Poliqon.info