ABŞ bu Taylanda F-35 qırıcılarını satmaqdan imtina etdi - Səbəb açıqlandı...

Tayland Hərbi Hava Qüvvələri ABŞ-ın ölkəyə F-35 qırıcı təyyarələrini satmaqdan imtina etdiyini bildirib. Buna səbəb kadr hazırlığı və texniki xidmətlə bağlı problemlər olduğu bildirilir...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ötən il Tayland köhnəlmiş modelləri əvəz etmək üçün yeni təyyarələrin alınmasına 408 milyon dollar ayırıb. Qeyd olunur ki, ölkə 2003-cü ildə NATO-ya daxil olmayan ABŞ-ın əsas müttəfiqi statusu alıb.

Agentlik yazır ki, Tayland hakimiyyəti səkkizə qədər beşinci nəsil F-35A qırıcıları almağı planlaşdırırdı. Bununla belə, onların satışı bir neçə şərtdən, o cümlədən təlim və texniki xidmətin mövcudluğundan asılı idi.

Hazırda Taylandda 12 JAS-39 Gripen qırıcısı xidmətdədir. Bundan əlavə, ölkə bir neçə F-16 təyyarəsi almağa hazırlaşır. Dövlətlər bu qırıcıları almağa razılaşıb. Onların ən qısa müddətdə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin mart ayının əvvəlində Rumıniyanın Amerikanın F-35 qırıcılarını almağa hazırlaşdığı məlum olub. Bu təyyarələrin alınması üçün müqavilənin imzalanması ilə bağlı bütün prosedurlar ya bu il, ya da ən geci gələn il imzalanacaq. Rumıniya Müdafiə Nazirliyi bu qırıcıların ilk eskadrilyasını 2030-cu ildən sonra qəbul etməyi gözləyir.

2021-ci ildə İsveçrənin F-35 qırıcıları alacağı bildirilirdi. Bunun üçün ölkə 5,5 milyard dollar ayırıb.

Poliqon.info