Lukaşenko: Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə başlanılıb...

Belarus lideri Aleksandr Lukaşenko mətbuata bildirib ki, Rusiya taktiki nüvə silahlarının Belarusda yeridilməsi artıq başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Nüvə silahlarının hərəkəti başlayıb. Artıq başlayıb”, deyə Lukaşenko bildirib.

Taktiki nüvə silahlarının artıq Belarusda olub-olmaması ilə bağlı dəqiqləşdirici suala dövlət başçısı cavab verib ki, bu məsələyə Belarusa qayıdanda aydınlıq gətirəcək.

Poliqon.info