Londonda Dauninq-stritə hücum...

Böyük Britaniyanın Baş nazirinin yaşadığı Dauninq-stritdə avtomobil darvazaya çırpılıb...

Mayın 25-də saat 16:20 radələrində Londonda Baş nazirin iqamətgahının yerləşdiyi Dauninq-stritdə avtomobil əsas qapıya çırpılıb. Bundan əvvəl oxşar hadisə ABŞ-da Ağ Evdə baş vermişdi.

Poliqon Sky News-ə istinadən xəbər verir ki, gümüşü Kia Müdafiə Nazirliyinin binasının qarşısındakı dayanacaqdan çıxaraq küçəni keçib və qəfildən sürətlə birbaşa Dauninq-strit darvazasına çırpılıb.

Hadisə şahidləri bildiriblər ki, güclü zərbədən sonra hadisə yerinə çoxlu zabit və polis maşınları gəlib. Silahlı polis maşının sürücüsünü saxlayıb, yerə yıxaraq qolunu qandallayıb.

Poliqon.info