Almaniya və Danimarka səfirləri Rusiya XİN-ə çağırılıb

Bu gün İsveç səfiri Malena Mard da Rusiya XİN-ə çağırılıb...

Danimarka və Almaniya səfirləri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, onlara “Şimal axını”nda partlayışların araşdırılması ətrafında yaranmış vəziyyətlə bağlı etiraz edilib.

Bildirilib ki, rəsmi Moskva Almaniya, Danimarka və İsveçin Rusiyanın iştirakı ilə “Şimal axını” kəmərlərində təxribatla bağlı araşdırmalar aparmasına nail olmaq niyyətindədir.

Qeyd edək ki, bu gün İsveç səfiri Malena Mard da Rusiya XİN-ə çağırılıb.

Poliqon.info