İran yeni uzaq mənzilli son ballistik raketini təqdim edib - Əsas xüsusiyyətləri.. - Video

İranın Müdafiə Nazirliyi “Xeybar” adlı, əvvəlki raket modellərinin təkmilləşdirilmiş ən son uzaqmənzilli strateji ballistik raketini təqdim edib...

Poliqon xəbər verir ki, bu barədə İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani məlumat verib.

“Biz silahlı qüvvələri müxtəlif raketlər, pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə çalışırıq. Silahların bu cür kütləvi nümayişləri, şübhəsiz ki, gələcəkdə də davam edəcək”, deyə IRNA nazirə istinadən yazır.

Nazirin sözlərinə görə, raketin xüsusiyyətləri elektron döyüş hücumlarına və düşmənin hava hücumundan müdafiə sistemlərinə qarşı toxunulmazlıq, müxtəlif növ döyüş başlıqlarından istifadə etmək qabiliyyəti, hərəkətlilik və işə hazırlaşmaq üçün tələb olunan qısa müddətdir. Raketin uçuş məsafəsi iki min kilometrdir və döyüş başlığı böyük partlayıcı gücə malikdir. Yeni raket “Xeybər” adlandırılıb.

Qeyd edilib ki, raket gizli texnologiyadan istifadə edilməklə hazırlanıb və düşmənin raket əleyhinə müdafiə sistemlərinə nüfuz edə bilir.

Poliqon.info