Zelenski iranlılara müraciət edib: Siz niyə Rusiya terrorunun ortağı olmalısınız?..

Ukrayna prezidenti Vladimir Zelenski İran xalqına müraciət edib və sual edib ki, niyə İran xalqı Rusiya terrorunda şərik olmalıdır...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu barədə videomüraciətində bildirib. Müraciətində Ukrayna prezident Rusiyanı “şər dövləti adlandırıb və iranlıarın niyə “şər dövlətin tərəfində olduqlarını” sual edib.

Rusiya terrorunun silahlarından biri olan İranın dronlarından danışan Zelenski qeyd edib ki, bu günə kimi Ukrayna ordusu 900-ə yaxın İran dronu vurub.

“Ümumilikdə, Ukraynaya qarşı təxminən 1160 kamikadze drondan istifadə edilib. Əksəriyyəti vurulub”, deyə Zelenski bildirib.

Ukrayna prezidenti İran silahları ilə Ukraynaya hücumların hər gün baş verdiyini diqqətə çəkərək, birbaşa İran xalqına: cəmiyyətə, üləmaya, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib:

“Sadə bir sual: niyə Rusiya terrorunun ortağı olmalısınız? Niyə şər dövlətin tərəfindəsiz? Dünya nə baş verdiyini görür, siz də İranda bunu görürsünüz. İranın şərə verdiyi dəstək inkar edilə bilməz”, deyə Zelenski bildirib.

O qeyd edib ki, ukraynalılar bu ölkənin Rusiyaya ötürdüyü İran kamikadze pilotsuz təyyarələrinin əksəriyyətini vurmağı öyrənsələr də, hələ də bu zərbələrdən mülki insanlar ölür.

“İran pilotsuz təyyarəsi hamilə ukraynalı qızı öz evində əri ilə birlikdə öldürüləndə, İrandakı analar və atalar necə rahat ola bilirlər? Sizin “Şahed”lər bizim insanlarımızı öldürür”, Ukrayna lideri qeyd edib.

Zelenski vurğulayıb ki, bu terror də İran silahları ilə Rusiyanın əli ilə baş verir.

Ukrayna prezidenti əlavə edib ki, rus işğalçıları ukraynalılara qarşı çıxmaqla, əsrlər boyu Ukrayna torpağında yaşayan bütün digər milli icmalarıda məhv edirlər.

Poliqon.info