Avropada qazın qiyməti son iki ilin rekord aşağı səviyyəsinə düşüb...

Avropada qazın qiyməti son 2 ildə ilk dəfə olaraq min kubmetr üçün 300 dollardan aşağı düşüb...

Avropada birja ticarətində qazın qiyməti 2021-ci il mayın 20-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 300 dollardan aşağı düşüb. Cümə axşamı, mayın 25-də RİA Novosti London ICE birjasının məlumatlarına istinadən xəbər verir.

Bir həftə əvvəl Avropada qazın qiyməti min kubmetr üçün 350 dollardan aşağı düşüb. Bu, 2021-ci ilin iyunundan bəri ilk dəfə baş verib. Minimum qiymət 348,3 dollar olub.

Poliqon.info