Stoltenberq: Ukraynaya qırıcı təyyarələrin tədarükü ilə bağlı qərar verilməyib...

Kiyevə F-16 qırıcılarının tədarükü ilə bağlı qərar verilməyib. Bu, yerdə hərbi vəziyyətin inkişafından asılı olacaq...

Poliqon xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Alyansın rəhbəri bildirib ki, son günlər bir sıra NATO ölkələri ukraynalı pilotların hazırlanmasına başlandığını elan ediblər. Stoltenberq qeyd edib ki, bu vacibdir, çünki nə vaxtsa hərbi blokun Kiyevə təyyarə tədarük etmək imkanı olacaq.

“Bunun nə vaxt və necə olacağına qərar vermək qalır. Düşünürəm ki, müharibənin necə inkişaf etdiyini və yerdəki vəziyyətin necə dəyişdiyini izləyərək bunu addım-addım etmək daha doğru olardı”, deyə Baş katib bildirib.

Poliqon.info