DeSantis prezidentliyə namizədlik üçün müraciət edib...

Florida ştatının qubernatoru DeSantis ABŞ prezidentliyinə namizədliyini irəli sürüb..

Poliqon xəbər verir ki, Florida ştatının qubernatoru Ron DeSantis ABŞ prezidentliyinə namizədliyi üçün Seçki Komissiyasına ərizə təqdim edib.

Seçki komissiyasından verilən məlumatda bildirilir ki, Respublikaçılar arasında Trampın əsas rəqibi olan Ron DeSantes artıq rəsmən namizəddir.

“Respublikaçı namizəd DeSantis ABŞ prezidentliyinə namizədliyini irəli sürüb”, deyə Seçki Komissiyasndan bildirilib.

44 yaşlı DeSantis 2019-cu ildən Florida ştatının qubernatorudur. Bundan əvvəl o, 2013-2018-ci illərdə bu ştatdan ABŞ Nümayəndələr Palatasının üzvü olub. O, digər respublikaçı namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın ən ciddi rəqibi hesab olunur.

Poliqon.info