Goranboyda yeniyetməni ilan sancıb

Goranboy sakinini ilan sancıb...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Kənd sakini - 2009-cu il təvəllüdlü Şahmərdan Cəfərov mal-qara otaran zaman ayağından ilan sanıb. O, yaxınların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. 14 yaşlı oğlana ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin kafi olduğu bildirilir.

Poliqon.info