Türk pianoçu İlham Gencer vəfat edib

Türkiyəli məşhur caz müğənnisi, pianoçu İlham Gencer vəfat edib...

APA NTV-yə istinadən xəbər verir ki, bu barədə sənətçinin oğlu məlumat verib.

100 yaşlı sənətçi Bodrumdakı evində dünyasını dəyişib.

Qeyd edək ki, İlham Gencer Türkiyədə caz musiqisinin inkişafına mühüm töhfələr verib. Onun bu janrda müəllifi olduğu "Zamanın kızları", "Bak biri varmış, biri yokmuş" və digər əsərləri sənətçiyə böyük şöhrət gətirib.

Poliqon.info