“Qalatasaray” 3 futbolçusunu 85 milyona satır - Londonda danışıqlar başladı...

“Qalatasaray” rəsmisi Erden Timur transfer danışıqları üçün Londona yollanıb...

Poliqon xəbər verir ki, bu barədə transfer xəbərləri ilə məşhurlaşan italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Erden Timur İngiltərədə Saşa Boey və Viktor Nelssonun satışı ilə bağlı danışıqlar aparır. Romano iddia edib ki, “Qalatasaray” Boey və Nelssonun hər biri üçün ən azı 25 milyon avro tələb edir. Bu təklifdən aşağı məbləğə razılıq verilməyəcək.

Romanonun sözlərinə görə, həmçinin müqaviləsində 35 milyon avroluq sərbəst qalma maddəsi olan Nikolo Zanyoloya da Premyer Liqa klublarından təklif var. “Qalatasaray” italyan ulduzu ən azı 35 milyon avroya satmaq istəyir.

Bu satışlar baş tutsa, “Cim-Bom” 85 milyon avro qazanacaq.

Poliqon.info