ABŞ-ın dövlət borcu probleminin doqquz səbəbi...

ABŞ-da dövlət borcu böhranı dərinləşməkdə davam edir...

Poliqon xəbər verir ki, The Washington Post qəzeti ABŞ-ı 31,4 trilyon dollarlıq dövlət borcu probleminə və potensial defolt təhlükəsinə aparan doqquz əsas səbəbi sadalayıb.

Nəşr hesab edir ki, ilk səbəb olaraq 2001-ci ildə prezident Corc Buşun vergiləri azaldaraq dövlət borcu 5,7 trilyon dollara çatdırmasıdır. Sonra Əfqanıstan və İraq müharibəsi dövlət borcunun səviyyəsini 6,5 trilyon dollara çatdırlıb. Üçüncü səbə ABŞ administrasiyasının qocalar üçün pulsuz reseptlə dərmanların verilməsi təşəbbüsü qərarlaşıb və buna görə ABŞ-ın xarici borcu 8,4 trilyon dollara çatıb.

2008-2013-cü illərin qlobal iqtisadi böhranı, həmçinin kiçik Buşun vergi güzəştləri siyasətinin davam etdirilməsi dövlət borcunun 16,8 trilyon dollara qədər artmasına səbəb olub. Altıncı səbəb Trampın 20,5 trilyon dollarlıq vergi endirimidir. Trampın dövründə Konqresin qəbul etdiyi büdcə qanun layihələri dövlət borcunun səviyyəsini 22,7 trilyon dollara qaldırıb.

Koronavirus pandemiyası və 2020-ci ildə görülən tədbirlər dövlət borcunun tavanının 27,7 trilyon dollara qədər artmasına səbəb olub. The Washington Post qəzetinin araşdırmasına görə, sonuncu səbəb Baydenin dövlət borcunun son artımına səbəb olan pandemiyanın nəticələri ilə mübarizə tədbirləri olub.

Poliqon.info