Yaponiyanın Baş naziri ölkəsinin NATO üzvlüyünü istisna edir...

Yaponiyanın NATO-ya daxil olmaq planları yoxdur və Şimali Atlantika Alyansının Tokioda nümayəndəliyinin açılması məsələsi hələ də müzakirə olunur...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida parlamentin iclasında bildirib.

Baş nazir mayın 24-də parlamentin iclasında çıxışı zamanı qeyd edib ki, hazırda ofisin yaradılması ilə bağlı NATO-nun konkret qərarından xəbərsizdir.

Qeyd edək ki, Yaponiyanın ABŞ-dakı səfiri daha əvvəl bildirmişdi ki, Yaponiya NATO ilə əməkdaşlığı genişləndirməkdə, o cümlədən blokun ölkədə nümayəndəliyinin açılmasında maraqlıdır. Bu baş verərsə, Şimali Atlantika Alyansının ölkədəki nümayəndəliyi blokun Asiyada ilk ofisi olacaq. Səfir Tokionun G7 ölkələrinin Asiya regionunun işlərinə daha çox cəlb olunmasında maraqlı olduğunu da qeyd etmişdi.

Poliqon.info