Türkiyədə pandemiya dövründə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq

Vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər...

Türkiyədə pandemiya dövründə tibbi maskadan istifadə qaydalarının və digər qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələr geri qaytarılacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsinin qərarı “Rəsmi qazetə”də dərc olunub.

Qərara əsasən, vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər.

Poliqon.info