Bill Qeyts: Süni intellekt Google Axtarış və Amazon kimi platformaları öldürəcək...

Amerikalı milyarder və sahibkar Bill Qeyts əmin edir ki, gələcəkdə süni intellekt tərtibatçıları istifadəçi davranışını kökündən dəyişdirəcək fərdi rəqəmsal agent yaradacaqlar...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, milyarder bu barədə San-Fransiskoda süni intellektə həsr olunmuş tədbirdə bildirib. Qeytsin sözlərinə görə, bu üzdən də istifadəçilər axtarış saytları və ya onlayn mağazalar açmağı dayandıracaqlar.

Microsoft-un həmtəsisçisi bildirib ki, süni intellekt agenti insanların ehtiyaclarını və vərdişlərini başa düşə və onlara vaxtları olmayan şeyləri oxumağa kömək edə biləcək.

Qeyts hesab edir ki, belə bir köməkçi yaradan şirkət sənayedə liderə çevriləcək, bu, ya texnoloji nəhəng, ya da startap ola bilər.

“Microsoft liderlik etməsəydi, məyus olardım. Bununla belə, Inflection.AI daxil olmaqla, bir neçə startap məni çox heyran etdi”, - deyə Qeyts bildirib və əlavə edib ki, rəqəmsal köməkçini kütləvi istifadəyə hazırlamaq bir qədər vaxt aparacaq.

Qeytin fikrincə, generativ süni intellekt texnologiyalarının inkişafı ofis işçilərinin işinə təsir göstərəcək, çünki insanabənzər robotlardan istifadə şirkətlərə insan gücündən daha ucuz başa gələcək.

Poliqon.info