Lukaşenkonun ölmək fikri yoxdur...

Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə münasibət bildirib...

Belarus prezidenti adenovirus xəstəsi olduğunu və ölmək fikrində olmadığını bildirib.

Poliqon xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə münasibət bildirib. O, bu cür şayilərə son qoymağa çağırıb və hər kəsi ölməyəcəyinə əmin edib. Müvafiq kadrlar Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Birinci” Telegram kanalınında dərc olunub.

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Mən adenovirus xəstəsiyəm. Burda nə var ki? Heç nə”, Lukaşenko bildirib.

Belarus prezidenti qeyd edib ki, onun ölümünü istəyənlər hələ onunla çox əziyyət çəkəcəklər.

Poliqon.info