Rusiya Balkanları qarışıdır - Putinin gizli planı üzə çıxdı...

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni həyacanla izləyir...

On minlərlə insanın həyatına son qoyan müharibə bütün sürətiylə davam edərkən, Avropa üçün yeni müharibə xəbərdarlığı gündəmə gəlib.

Poliqon xarici mediaya istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzijanın açıqlamaları müzakirələrə səbəb olub.

Laqumdzija iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Qərbin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün Balkan yarımadasına diqqəti artırıb.

Putinin Şərqi Avropada ikinci qarşıdurmanı qızışdırmaq üçün Balkanlara müdaxilə etdiyini bildirən Laqumdzija Vaşinqtona “bu məsələni nəzərə almaqla" bağlı xəbərdarlıq edib.

Səfir The Washington Times qəzetinə verdiyi açıqlamada deyib ki, son beş-altı ildə, xüsusən də Qərbi Balkanlarda Rusiyanın təsiri Moskvanın təsəvvür edə biləcəyindən də artıq olub. “Ruslar separatçı təbliğat və əlaqələri gücləndirir, amma bunu inkar edirlər”, deyə səfir bildirib.

Səfirin fikrincə, Rusiyanın Ukraynadakı uğursuzluğu ABŞ və Avropa Birliyi üçün yaxşı şansdır.

Poliqon.info