Afrikanın ölü doğulan sülh planı...

Afrikanın “sülh planı” Rusiya ordusu Ukraynadan çıxmadan danışıqları nəzərdə tutur...

Afrika liderləri Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmadan sülh danışıqlarına başlamağı təklif edirlər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilr. Agentlik xəbər verir ki, bu barədə Cənubi Afrika prezidenti Siril Ramafosa administrasiyası məlumat verib.

Agentlik yazır: “Altı Afrika lideri Ukraynaya Rusiya qoşunları onun ərazisində qalsa belə, Moskva ilə sülh danışıqlarına başlamağa razılıq verməyi təklif edir”.

“Birincisi, söhbət hərbi əməliyyatların dayandırılmasından gedir. İkincisi, bu, davamlı sülhün əsasıdır”, deyə Cənubi Afrika prezidentinin sözçüsü Vincent Magvenia bildirib.

Məlumatda qeyd olunu ki, Ukraynanın Cənubi Afrikadakı səfiri Lyubov Abravitova deyib ki, işğalçılar Ukrayna ərazisində qaldıqca Rusiya Federasiyası ilə heç bir danışıqların olmayacaq.

“Prezidentim bunu çox açıq şəkildə söyləyib... Ruslar ərazimizi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tərk etməyənə qədər Ukrayna və Rusiya arasında heç bir danışıqlar olmayacaq” deyə səfir bildirib.

Poliqon.info