Putin Moldavaya getsə həbs ediləcək...

Sandu: Putin Moldovaya gəlsə, BCM-nin həbs qərarına əməl edəcəkyik...

Prezident Maya Sandu Rusiya lideri Vladimir Putinin Moldova gələcəyi təqdirdə həbs olunacağını söyləyib.

Poliqon xəbər verir ki, Moldava prezidenti bu barədə Euronews Rumıniya portalına verdiyi müsahibəsində bildirib.

Müsahibənin gedişində Sandudan Putinin Moldovaya gəlsə, nəzarətə götürülüb-götürülməyəcəyi soruşulub.

“Bəli. Moldova Respublikası Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı sazişi təsdiqləyib və Moldova məhkəmənin qərarına hörmətlə yanaşacaq”, deyə Sandu cavabında bildirib.

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmə hesab edir ki, onlar əhalinin (uşaqların) Ukraynadan qeyri-qanuni deportasiyası ilə bağlı müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar.

Poliqon.info