DİM qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 may 2023-cü il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb.

Bu barədə Poliqon.info-ya DİM-dən xəbər verilib.

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Poliqon.info