İmarət ərazisindən xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb

"Ağdamda İmarət ərazisindən xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb".

Bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, arxeoloqlar 50 günə yaxındır ərazidə işləyirlər və demək olar İmarətin bütün ərazisi, 1000 kv. metrdən artıq sahə qazılıb:

"Digər xan qəbirlərinin çıxarılması istiqamətində də işlər davam etdirilir".

Poliqon.info