Amerikalılar kasıblaşır...

FED-in sorğusu göstərir ki, amerikalılar maliyyə vəziyyətlərini daha da pisləşdiyini düşünürlər...

Poliqon xarici mətbuata əsaəsn xəbər verir ki, Federal Ehtiyat Sisteminin sorğusuna əsasən, amerikalıların maliyyə rifahı keçən il yüksək inflyasiyaya məruz qalıb.

Maliyyə baxımından ən azı normalı olduqlarını bildirən amerikalı yetkinlərin nisbəti bir il əvvəlki 78%-dən 2022-ci ildə 73%-ə düşüb. Financial Times-ın məlumatına görə, bu, 2016-cı ildən bəri ən aşağı göstəricilərdən biridir.

Eyni zamanda, respondentlərin 35%-i bildirib ki, ötən il onların maliyyə vəziyyəti 2021-ci ildən daha pis olub. Bu, 2014-cü ildə hesablamalar başlayandan bəri ən yüksək göstəricidir.

FED hesab edir ki, bu vəziyyətin yaranmasının səbəbi ilk növbədə amansız qiymət təzyiqidir. İstehlakçıları müəyyən malları almağı dayandırmağa və ya daha ucuz alternativlərə keçməyə məcbur olur, həmçinin onları yığılmış əmanətlərini xərcləməyə məcbur edir.

Poliqon.info