Ankara 1 milyon suriyalı qaçqını vətənlərinə qaytarmaq planı hazırlayır...

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların öz ölkələrinə qaytarılması planı üzərində işlədiklərindən danışıb...

Poliqon xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Türkiyə prezidentinin sözlərinə görə, hazırda hakimiyyət tərəfindən geri qaytarma prosesinin nə vaxt başlamasının mümkün olacağını araşdırılar.

Ərdoğan qeyd edib ki, planlaşdırma repatriasiya üçün yol xəritəsinin hazırlanması ilə başlayacaq. Ankara suriyalı qaçqınların geri qayıtması üçün təxmini real vaxt çərçivəsini anlamağa kömək edəcək təhlil aparmağa hazırlaşır.

Türkiyə lideri onu da əlavə edib ki, 450 minə yaxın suriyalı artıq Türkiyədən vətənlərinə qayıdıb. Çoxları həmçinin Suriyanın şimalında onlar üçün xüsusi olaraq tikilmiş modul evlərə köçüblər.

“Bizim daha 1 milyon qaçqını ora qaytarmaq planımız var”, deyə Ərdoğan fikrini yekunlaşdırıb.

Mayın əvvəlində miqrantlar mövzusu Ərdoğanın prezident seçkilərindəki əsas rəqibi tərəfindən gündəmə gətirilib. Müxalifət lideri qalib gələcəyi təqdirdə Türkiyədən bütün qaçqınları vətənə qaytaracağına və iki il ərzində bunu edəcəyinə söz verib. Siyasətçi həmçinin respublikanın hazırkı prezidentini 10 milyon qaçqını bilərəkdən ölkəyə buraxdığına görə tənqid edib.

Rəsmi rəqəmlərə görə, Türkiyə dünyada ən çox qaçqına sahib ölkədir. Bu ölkədə təkcə 4 milyona yaxın suriyalı var.

Poliqon.info