Rusiya sərhədçiləri Meqridə nə tikirlər? – Paşinyan yoxlayacaq...

Ermənistanın Baş naziri Rusiya sərhədçilərinin Meqri yaxınlığında nə tikdiyini yoxlayacağını vəd edib...

Erməni Meqri yaxınlığında Rusiya tərəfinin apardığı tikinti ilə bağlı məlumatları yoxlamaq lazımdır.

Poliqon xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya FTX-nın Sərhəd Xidmətinin Meqridə apardığı irimiqyaslı infrastruktur işləri ilə bağlı sualı cavablandırarkən deyib. Ermənistanın hökumət başçısı qeyd edib ki, sərhəddə bütün infrastruktur işləri Ermənistan hakimiyyəti ilə razılaşdırılmalıdır.

Paşinyan qeyd edib ki, Rusiya sərhədçilərinin bütün hərəkətləri Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılaraq həyata keçirilməlidir. Baş nazir Meqridə həqiqətən nə baş verdiyini yoxlamağa söz verib. O, vurğulayıb ki, bu hərəkətlər razılaşdırılmış çərçivədən kənara çıxarsa, Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə problemlər yaradırsa, o zaman bu məsələ mütləq müzakirə olunacaq.

“Təbii ki, bizimlə razılaşdırılmış yerləşdirmə məntəqələri var. Lakin bu, o demək deyil ki, bu yerləşdirmə daimi əsasda olmalıdır. Vəziyyətdən çıxış edərək, bütün detalları rusiyalı həmkarlarımızla müzakirə edəcəyik”, - deyə Paşinyan bildirib.

Poliqon.info