Paşinyanın delimitasiya və demarkasiya şərti...

Paşinyan delimitasiyası və demarkasiyasının sovet xəritəsi ilə aparılmasını istəyir...

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası 1975-ci ildən Sovet Baş Qərargahının xəritələri əsasında aparılmalıdır.

Poliqon xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, söhbət Rusiya tərəfinin dəfələrlə danışdığı xəritələrdən gedir:

“Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Biz Sovet Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıyıq. İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların çıxarılmasında israr edir. Bu, təhlükəsizliyi təmin edəcək”, deyə Paşinyan bildirib.

“Sərhədin təhlükəsizliyinin təmin edilməsi sülh sazişinin tərkib hissəsidir”, deyə Paşinyanəlavə edib.

Poliqon.info