Sabunçu sakinlərindən şikayət

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Kamil Kamilov küçəsindən müsavat.com şikayət daxil olub
K.Kamilov küçəsi 5, 7, 9, 11 ünvanların sakinləri deyirlər ki, bir qədər əvvəl Sabunçu Rayon İcra Hakimiyyəti onların yaşadıqları binaların həyətində yenidənqurma işlərinə başlayıb: “Həyətdəki qanunsuz tikililəri, qarajları, bağları söküb, yerlərini boşaltdılar. Sakinlərə də söz verdilər ki, həyətdə yaşıllıq sahəsi salınacaq. Artıq səkiləri düzəldiblər. Sakinləri narahat edən isə həyətdəki mağazalardan birinin sökülməməsidir. Üstəlik, həmin mağazanın yanında biri də tikilir. Xahiş edirik ki, həmin mağazanın həyətdən kənar yerdə tikilməsinə icazə versinlər. Sakinlərə verdikləri vədi tutub, həyətdə yaşıllıq sahəsi salsınlar”. Məsələ ilə bağlı sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik.