ABŞ kəşfiyyatına məlumat ötürən Facebook-a rekord cəza...

İrlandiya tənzimləyicisinin qərarına əsasən, ABŞ-ın Facebook sosial şəbəkəsi 746 milyon avrodan çox cərimələnəcək...

Poliqon The Guardian nəşrinə istinadən xəbər verir ki, cəriməyə səbəb istifadəçi məlumatlarının emalı qaydalarının pozulmasıdır.

Qanun pozuntusu ondan ibarətdir ki, şirkət ABŞ kəşfiyyat orqanlarının irlandiyalı istifadəçilərin şəxsi məlumatlarına daxil olması ehtimalı ilə bağlı İrlandiyanın narahatlığına qulaq asmayıb. Bu, məlumatlar ABŞ serverlərinə ötürüldükdən sonra mümkündür.

İrlandiya tənzimləyicisi Facebook-a istifadəçi məlumatlarının Amerikaya ötürülməsini qadağan etmək niyyətindədir.

746 milyon avrodan çox cərimə Avropa İttifaqının məlumatların qorunması ilə bağlı ümumi qaydalarının pozulmasına görə rekord məbləğ sayılacaq.

Poliqon.info