Avropa İttifaqı Rosselxozbank-ı SWIFT-ə qoşmayacaq...

Aİ taxıl müqaviləsi çərçivəsində Rosselxozbank-ı SWIFT-ə qoşmaq niyyətində deyil...

Avropa İttifaqı Rosselxozbank üzərindən sanksiyaları yalnız Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra ləğv edə bilər.

Poliqon xəbər verir ki, bu barədə Aİ Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Rusiyanın “İzvestiya” qəzetinə bildirib.

Qeyd edək ki, Rosselxozbank-ın yenidən SWIFT-ə yqoşulması “taxıl müqaviləsi” üçün Rusiyanın əsas tələbidir. Xatırladaq ki, taxıl müqaviləsi” ötən həftə iki ay daha uzadılıb.

“Rusiya banklarının SWIFT-dən azad edilməsinə gəlincə, bu, Avropa İttifaqı və digər ölkələrin tətbiq etdiyi sanksiyaların bir hissəsidir”, Stano “İzvestiya”ya deyib. O qeyd edib ki, məhdudiyyətlər yalnız münaqişə bitdikdən sonra yumşalda və ya götürülə bilər.

Aİ xarici xidmətinin nümayəndəsinin sözlərinə görə, yalnız Ukraynadakı hərbi əməliyyatlar maneəsiz ticarət axınına və Qara dəniz vasitəsilə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına mane olur. Stano hesab edir ki, münaqişə “qlobal ərzaq təhlükəsizliyi problemlərini ciddi şəkildə kəskinləşdirib”.

Bununla belə, cənab Stano qeyd edib ki, Brüssel sanksiyaları Rusiya ilə üçüncü ölkələr arasında kənd təsərrüfatı və ərzaq məhsulları ticarətinə təsir etmir və onlar arasında ödəniş variantları hələ də mövcuddur.

Poliqon.info