Avstriya qeyri-rəsmi əlaqə kanalını saxlayır: Ölkə xəritədən silinməyib...

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib ki, Vyana Moskva ilə qeyri-rəsmi əlaqə kanalını saxlayır və Ukrayna münaqişəsinə baxmayaraq, Rusiya ilə dialoqa çağırır...

Poliqon xəbər verir ki, nazir bu barədə Almaniyanın Die Welt qəzetinə müsahibəsində bildirib.

Aleksandr Şallenberq “Qərb Rusiya ilə ABŞ hökumətinin etdiyi kimi danışmağa davam etməlidir”, deyib.

Nazirin sözlərinə görə, Rusiya ilə gələcək danışıqlar üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və BMT kimi beynəlxalq platformalardan istifadə edilməlidir. Avstriyanın baş diplomatı bunu Qərb ölkələrinin “qlobal məsuliyyəti” adlandırır.

“Rusiya Avropa İttifaqının ən böyük coğrafi qonşusu və dünyanın əsas nüvə dövləti olaraq, xəritədən silinməyib”, deyə nazir əlavə edib.

Poliqon.info