Braziliya prezidenti: Zelenski mənimlə nəzərdə tutulan görüşə gəlmədi....

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukrayna lideri Vladimir Zelenskinin onunla Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammiti çərçivəsində baş tutmalı olan görüşə gəlmədiyini bildirib...

Poliqon xaricimətbuata əsasən xəbər verir ki, bu barədə Braziliyanın G1 internet portalı məlumat yayıb. Braziliya lideri sammitdən sonra belə bir bəyanatla çıxış edib.

“Gözləyirdik və gecikmələri ilə bağlı məlumat aldıq. Bu arada mən Vyetnam prezidentini qəbul etdim. Vyetnam prezidenti gedəndən sonra da Ukrayna prezidenti gəlmədi. Onun mütləq başqa görüşü oldu... Mən üzüldüm, çünki onunla görüşmək istərdim... Zelenski yetkin adamdır və nə etdiyini bilir”, deyə Lula da Silva deyib.

Qeyd edək ki, Financial Times nəşri də yazıb ki, Makron Silvadan Zelenski ilə sammitdə görüşməyi xahiş edib, lakin görüş baş tutmayıb. Nəşr Braziliya liderinin ukraynalı həmkarı ilə danışmaqdan imtina etdiyini iddia edib. Braziliya rəsmiləri, öz növbəsində, bunun prezidentlərin sadəcə olaraq “reqlamentlərə uyğun gəlməməsi” səbəbindən baş verdiyini söyləyib.

Poliqon.info