Hillari Klinton: Trampın qələbəsi Ukraynanın sonu olacaq...

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, Donald Trampın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qələbəsi “Ukraynanın sonu” demək olacaq...

Poliqon xəbər verir ki, Trampın keçmiş rəqibi bu barədə Financial Times nəşrinə müsahibəsində bildirib.

Klintonun fikrincə, Trampın 2024-cü ildə yenidən seçilməsi ABŞ-da “demokratiyanın sonu” olmaqla yanaşı, həm də “Ukraynanın sonu” demək olacaq.

Klinton Trampın qələbəsinə inanmadığını desə də, bu baş verərsə, ABŞ-ı NATO-dan çıxaracağı ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə Trampın prezident seçkilərində qalib gəldiyinə inanaraq məhz buna ümid edirdi.

“Baxın, Tramp Si Tsinpin və Putin kimi insanlara fayda verməyə davam edən hədiyyə idi. O, avtoritarizmə o qədər aşiq idi, Çinə qarşı heç bir strateji yanaşmada aciz idi və bilirsiniz, o, açıq-aşkar Putinin NATO ilə bağlı istədiyi hər şeyi etmək istəyirdi”, deyə 2016-cı ildə prezident seçkilərində Trampa uduzmuş Klinton bildirib.

Həmçinin Klinton Putini “mürəkkəb, messianist, narsist, avtoritar” kimi təsvir edib.

Bundan əlavə, sabiq Dövlət Katibi bildirib ki, Si Tsinpin bir neçə ildən sonra “Tayvana qarşı hərəkət” etməyi planlaşdırıb, lakin Ukraynadakı müharibə onu hələ ki, bu addımı atmaqdan çəkindirir.

Poliqon.info