Paşinyanın oğlunu qaçırmağa cəhd edən qadın həbs edildi

Nikol Paşinyanın oğlunu "oğurlamaqda" təqsirləndirilən Qayane Akopyan məhkəmənin qərarı ilə bir ay müddətinə həbs edilib...

44 günlük müharibədə ölən əsgərin anası, baş nazir Nikol Paşinyanın oğlunu "oğurlamaqda" təqsirləndirilən Qayane Akopyan məhkəmənin qərarı ilə bir ay müddətinə həbs edilib.

Poliqon xəbər verir ki, bu barədə vəkil Vaan Hovhannisyan açıqlama verib.

Qeyd edib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, Akopyanın özü isə aclıq aksiyasını davam etdirəcək. (musavat.com)

Poliqon.info