Mask Amerikanın aparıcı media orqanını təbliğat ruporu adlandırıb

Mask The Washington Post qəzetini ABŞ hökumətinin təbliğatının ruporu hesab edir...

Amerikalı iş adamı və ixtiraçı İlon Mask The Washington Post (WP) qəzetini ABŞ hökumətinin təbliğat ruporu adlandırıb.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, milyarder belə bir bəyanatla ABŞ Konqresinin Respublikaçıların nəzarətində olan aşağı palatasında ifadə verən şəxslər haqqında FTB-nin ifşaedici məlumatlarını dərc etdikdən sonra çıxış edib.

Maskın sözlərinə görə, WP dövlətin mövqeyindən çıxış edən şübhəli “təbliğat ruporu”na çevrilib. İş adamı fikirlərini nəşrə diqqət çəkən Tvitter istifadəçilərindən birinin paylaşımının altındakı şərhdə bildirib.

Qeyd edək ki, bundan əvvəl İlon Mask amerikalı milyarder Corc Sorosla X-Men komiks personajı Magneto ilə müqayisə etdiyi tvitinə görə üzr istəyib. Lakin o, Sorosdan üzr istəməyib. “Bu yazıya görə üzr istəmək istəyirəm. Bu, həqiqətən, Magnetoya qarşı haqsızlıq idi” deyə istehza ilə yazıb.

Poliqon.info