Ərdoğan İsveçlə bağlı güzəştə getmədi: Buna hazır deyilik...

Ərdoğanın sözlərinə görə, Stokholm Türkiyədəki terror qruplaşmalarının İsveçdə, paytaxt küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, bu ölkənin NATO üzvlüyünə müsbət baxa bilməzlər...
"Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil".

Poliqon xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə açıqlamasında deyib.

O, Stokholmun NATO-ya üzvlük müraciəti ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, NATO ölkəsi terrorla mübarizədə qəti mövqe nümayiş etdirməlidir.

Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda Alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Alyansa daxil olmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur. Əvvəlcə Türkiyə ərizə prosesini əngəlləyib, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik memorandumu imzalayıb. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ankaranın terrorizmlə mübarizə ilə bağlı bütün narahatlıqlarını nəzərə alır.

2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilmişdi. Lakin Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrıca nəzərdən keçirmək istəyirdi.

Poliqon.info