ABŞ-da vəziyyət gərginləşir - Nazir “fəlakətli nəticələr”lə bağlı xəbərdarlıq edib...

ABŞ-ın maliyyə naziri Canet Yellen onlarla ABŞ bankının rəhbərliyi ilə keçirdiyi görüşdə potensial defoltun ölkənin maliyyə sistemi üçün fəlakətli nəticələri barədə məlumatları təqdim edib...

Poliqon TASS-a istinadən xəbər verir ki, Yellen mövcud iqtisadi vəziyyəti və ABŞ lideri Co Baydenin bu sahədəki təşəbbüslərini müzakirə etmək üçün 20-dən çox icraçı direktor və bank rəhbərləri ilə görüşüb.

“Canet Yellen həmçinin borc tavanı ilə bağlı Konqresin qərarının təcili qəbul edilməsinin zəruriliyini müzakirə edib və defoltun bank sistemi, milli və qlobal iqtisadiyyat üçün ağır nəticələrinə diqqət çəkib”, deyə bildirilir.

Maliyyə naziri borc tavanının qaldırılmamasının və ya onun dayandırılmasının maliyyə sistemi və ABŞ-dakı biznes üçün fəlakətli olacağına diqqəti çəkib.

Yellen həmçinin görüşdə ABŞ bank sisteminin güclü və sabit olduğunu, hələ də kifayət qədər kapital və likvidliyə malik olduğunu təsdiqləyib.

Nazir qeyd edib ki, onun rəhbərlik etdiyi qurum bank sektorundakı vəziyyəti yaxından izləməkdə davam edir.

Poliqon.info