Goranboyda zəlzələ oldu

Maqnitudası 3,1 olan yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib...

Goranboyda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 07:22-də Gəncə stansiyasından 34 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1 olan yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Poliqon.info