Fələstin prezidenti Mahmud Abbas Səudiyyə Ərəbistanına səfər edib

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas 32-ci Ərəb Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Fələstin prezidentini Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Məkkə vilayətinin qubernatorunun müavini şahzadə Bədr bin Sultan bin Əbdüləziz, Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt, Səudiyyə Ərəbistanının digər rəsmi şəxsləri, Fələstinin Səudiyyə Ərəbistanındakı səfirliyinin rəsmiləri və əməkdaşları qarşılayıblar.

Prezidenti Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx, xarici işlər və qrantlar naziri Riyad Malki, Baş Kəşfiyyatın direktoru Məcid Fərəc, Prezidentin diplomatik məsələlər üzrə müşaviri Məcdi əl-Xalidi və Azərbaycandakı səfiri müşayiət edir.

Poliqon.info