Dollar bahalaşır, qızıl isə ucuzlaşır...

Qızıl dolların möhkəmlənməsi fonunda hər gün daha çox ucuzlaşır

Cümə axşamı qızılın qiyməti dolların davamlı artımı fonunda əhəmiyyətli dərəcədə azalıb,

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, ticarət məlumatlarından və analitikin şərhindən belə görünür ki, ucuzlaşması davam edəcək.

Cümə axşamı Nyu-Yorkun Comex birjasında qızılın iyun fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 27,85 dollar və ya 1,4% azalaraq unsiya üçün 19 567,05 dollar olub. İyul gümüş fyuçersləri 1,42% ucuzlaşaraq bir unsiya üçün 23,558 dollar olub.

Qızılın qiyməti ardıcıl üçüncü ticarət sessiyasında ucuzlaşır və bu müddət ərzində qiymətli metal 3%-dən çox ucuzlaşıb. Eyni zamanda, dollar indeksi, əksinə, üçüncü gündür ki, artmaqdadır ki, bu da həm qızıl, həm də digər metalların kotirovkalarına təzyiq göstərir.

Poliqon.info